İran hakimiyyəti ABŞ Tehranın şərtlərini qəbul edəcəyi təqdirdə nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu açıqlayıb.
Tvit.az xəbər verir ki, bunu İranın xarici əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi CNN-ə müsahibəsində deyib.
Xərrazi bildirib ki, Vaşinqton danışıqların bərpası üçün ilk addımı atmalı və Tehranın müəyyən etdiyi prinsiplər əsasında müzakirələrə hazır olduğunu göstərməlidir.
Elmin Alışov