Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran: ABŞ şərtlərimizi qəbul edərsə, danışıqları bərpa etməyə hazırıq
dünya

İran: ABŞ şərtlərimizi qəbul edərsə, danışıqları bərpa etməyə hazırıq

19-11-2025 18:00 24 Views
IMG

İran hakimiyyəti ABŞ Tehranın şərtlərini qəbul edəcəyi təqdirdə nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu açıqlayıb. 


Tvit.az xəbər verir ki, bunu İranın xarici əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi CNN-ə müsahibəsində deyib.


Xərrazi bildirib ki, Vaşinqton danışıqların bərpası üçün ilk addımı atmalı və Tehranın müəyyən etdiyi prinsiplər əsasında müzakirələrə hazır olduğunu göstərməlidir.


Elmin Alışov