Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bir il əvvəl itkin düşən kişini arvadı öldürübmüş
hadisə

Bir il əvvəl itkin düşən kişini arvadı öldürübmüş

22-10-2025 15:00 24 Baxış
IMG

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

DİN-in Mətbuat Xidmətindən "Tvit.az"a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.