Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Azərbaycanın qara metal idxalı azalıb
iqtisadiyyat

Azərbaycanın qara metal idxalı azalıb

20-10-2025 19:00 24 Baxış
IMG

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan qara metallar və onlardan hazırlanan məmulatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

 

Tvit.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin 9 ayında ölkəyə 692.3 min ton qara metal və metal məmulatı idxal olunub. Bunun dəyəri 815.26 milyon dollar təşkil edib.

 

2024-cü ilin eyni dövründə isə idxal göstəriciləri daha yüksək olub - 762.2 min ton həcmində qara metal və metal məmulatı 873.55 milyon dollar dəyərində gətirilib.

 

Beləliklə, illik müqayisədə idxal həcmi 9.2 faiz, dəyər ifadəsində isə 6.7 faiz azalıb.