Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan qara metallar və onlardan hazırlanan məmulatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Tvit.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin 9 ayında ölkəyə 692.3 min ton qara metal və metal məmulatı idxal olunub. Bunun dəyəri 815.26 milyon dollar təşkil edib.
2024-cü ilin eyni dövründə isə idxal göstəriciləri daha yüksək olub - 762.2 min ton həcmində qara metal və metal məmulatı 873.55 milyon dollar dəyərində gətirilib.
Beləliklə, illik müqayisədə idxal həcmi 9.2 faiz, dəyər ifadəsində isə 6.7 faiz azalıb.