Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u məğlub edib
idman

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u məğlub edib

17-10-2025 21:00 32 Baxış
IMG

Misli Premyer Liqasının VIII turunda "Qarabağ" "Turan Tovuz"u məğlub edib.

 

Tvit.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

 

"Turan Tovuz"dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib. "Qarabağ"ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçiriblər.

 

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Turan Tovuz" isə 15 xalla ikincidir.

 

Qeyd edək ki, turun bu gün baş tutan "Şamaxı" - "Kəpəz" matçında Gəncə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.