Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Vilayət Eyvazovdan rəislərə tapşırıq...
sosial

Vilayət Eyvazovdan rəislərə tapşırıq...

17-10-2025 18:00 21 Baxış
IMG

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılmasını tələb edib.

 

Tvit.az xəbər verir ki, Vilayət Eyvazov DİN-də cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında çıxış edərkən əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu deyib.

 

Nazir bu mühüm məsələdə polisin hər zaman insanların güvən yeri olduğunu xatırladaraq ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılmasını, bütün araşdırmaların keyfiyyətlə aparılaraq qaldırılan məsələlərin qanuni və operativ həlli üçün səylərin gücləndirilməsini və tapşırılmış sahəyə məsuliyyətin daha da artırılmasını tələb edib.