İspaniyanın "Barselona" futbol klubu niderlandlı yarımmüdafiəçi Frenki de Yonqla yeni müqavilə imzalayıb.
Tvit.az xəbər verir ki, bu barədə komandanın Mətbuat Xidməti məlumat yayıb.
Müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, 28 yaşlı De Yonq 2019-cu ildən "Barselona"da çıxış edir. O, klubda 267 oyun keçirib, 19 qol vurub və 24 məhsuldar ötürmə edib.