Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Balakəndə TOYDA DAVA: İki nəfər həbs olundu
hadisə

Balakəndə TOYDA DAVA: İki nəfər həbs olundu

15-10-2025 18:00 16 Baxış
IMG

Balakəndə keçirilən toy məclisində dava olub.


Tvit.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Kortala kəndindəki "Ruslan" şadlıq evində qeydə alınıb.

 

35 və 26 yaşlarında olan Kortala kənd sakinləri toyda sərxoş olaraq, bir-birlərinə nalayiq ifadələr işlədiblər, daha sonra əlbəyaxa dava ediblər. Toya gələn digər qonaqlar onları ayırmağa çalışıblar.

 

Daha sonra polis əməkdaşları hadisə yerinə gəliblər. Lakin kənd sakinləri dalaşanları ayrı-ayrılıqda avtomobillərə mindirərək, evlərinə apardıqları üçün onları hadisə yerindən polis şöbəsinə aparmaq mümkün olmayıb.

 

Səhər isə dava iştirakçıları rəsmi qaydada şöbəyə çağırılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

 

Balakən rayon Məhkəməsində ayrı-ayrı keçirilən iclaslarda toyda dalaşan 35 yaşlı şəxs barəsində 8, 26 yaşlı şəxs barəsində isə 10 gün müddətinə inzibati həbs cəzası verilib.