Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sabiq icra başçısı vəfat etdi - FOTO
hadisə

Sabiq icra başçısı vəfat etdi - FOTO

14-10-2025 12:00 19 Baxış
IMG

Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ayvazalı Orucov vəfat edib.

Tvit.az qaynarinfo.az-a istinadən xəbər verir ki, məlumatı mərhumun yaxınları sosial şəbəkələrdə paylaşıb. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

Ayvazalı Həmid oğlu Orucov 1961-ci il martın 11-də Qazax rayonunun Qaçaq Kərəm kəndində anadan olub. 1968–1978-ci illərdə Ağstafa şəhər 24 saylı Dəmir Yol Məktəbində (indiki 3 saylı tam orta məktəb) təhsil alıb, daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki İnşaat və Memarlıq Universiteti) daxil olub və 1983-cü ildə həmin ali məktəbi bitirib.

1980-ci illərin sonlarından ölkədə baş verən siyasi proseslərə biganə qalmayan Ayvazalı Orucov 1988-ci ildən Milli Azadlıq Hərəkatına qoşulub. O, Ermənistanın təcavüzünə qarşı silahlı müqavimət hərəkatında da yaxından iştirak edib. Müstəqillik əldə edildikdən sonra - 1992–1993-cü illərdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ailəli idi, dörd övladı, üç qızı və bir oğlu var. Allah rəhmət eləsin.