DÇ-2026-nın seçmə mərhələsininUkrayna - Azərbaycan oyununda hesab açılıb.
"Tvit.az" xəbər verir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb.
30-cu dəqiqədə Ruslan Malinovski başla dəqiq oynayıb.
XXX
22:47
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu başlayıb.
"Tvit.az" xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
Komandalar arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb