Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Abşeronda 60 yaşlı kişi qətlə yetirildi
hadisə

Abşeronda 60 yaşlı kişi qətlə yetirildi

10-10-2025 17:00 39 Baxış
IMG

Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Rayon prokurorluğundan Tvit.az-a verilən məlumata görə, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə məlumat daxil olub.

 

Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam edir.