Əgər İsrail və HƏMAS onun Qəzza müharibəsinə son qoymaqla bağlı planını qəbul edərsə, Vaşinqton bütün tərəflərin razılaşmaya əməl etməsi üçün mümkün olan hər şeyi edəcək.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Məlumata görə, Tramp qeyd edib ki, hələlik razılaşma imzalanmayıb və danışıqlar davam edir.
"Əgər Misirdə aparılan danışıqlar uğurla nəticələnsə, ABŞ-nin bu razılaşmanın yerinə yetirilməsini təmin etmək üçün böyük təsir gücü var".
Qeyd edilib ki, razılaşma çərçivəsində ABŞ-nin təminatları məsələsi danışıqlarda əsas müzakirə mövzularından biridir. HƏMAS girovların azad edilməsindən sonra İsrailin yenidən müharibəni bərpa etməyəcəyinə dair Trampdan mümkün qədər qəti zəmanət almağa çalışır. Qrup qalan girovları eyni anda azad etməyə hazır olduğunu bildirib.
Aysel Şirinova