Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ Qəzza planına əməl olunması üçün əlindən gələni edəcək - Tramp
dünya

ABŞ Qəzza planına əməl olunması üçün əlindən gələni edəcək - Tramp

07-10-2025 22:00 38 Views
IMG

Əgər İsrail və HƏMAS onun Qəzza müharibəsinə son qoymaqla bağlı planını qəbul edərsə, Vaşinqton bütün tərəflərin razılaşmaya əməl etməsi üçün “mümkün olan hər şeyi” edəcək.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Məlumata görə, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib ki, hələlik razılaşma imzalanmayıb və danışıqlar davam edir:
"Əgər Misirdə aparılan danışıqlar uğurla nəticələnsə, ABŞ-ın bu razılaşmanın yerinə yetirilməsini təmin etmək üçün “böyük təsir gücü” var".
Qeyd edilib ki, razılaşma çərçivəsində ABŞ-ın təminatları məsələsi danışıqlarda əsas müzakirə mövzularından biridir. HƏMAS girovların azad edilməsindən sonra İsrailin yenidən müharibəni bərpa etməyəcəyinə dair Trampdan mümkün qədər qəti zəmanət almağa çalışır. Qrup qalan girovları eyni anda azad etməyə hazır olduğunu bildirib.