Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Premyer Liqa: "Neftçi" səfərdə "Zirə" ilə heç-heçə edib
idman

Premyer Liqa: "Neftçi" səfərdə "Zirə" ilə heç-heçə edib

03-10-2025 22:00 67 Baxış
IMG

Misli Premyer Liqasının VII turunda daha bir oyun keçirilib.

 

Tvit.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gəlib.

 

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

 

Qonaqların heyətində 66-cı dəqiqədə Fredi Varqas, 88-ci dəqiqədə Bassala Sambu fərqlənib. Meydan sahiblərində 27-ci dəqiqədə Giorgi Papunaşvili, 90+8-ci dəqiqədə Ruan Renato adını tabloya yazdırıb. Qəsəbə təmsilçisində Ayron Qomis 90+10-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

 

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Neftçi" 8 xalla yeddincidir.

 

Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib.

 

Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.