Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan UEFA-nın TOP-10-luğunda
idman

Azərbaycan UEFA-nın TOP-10-luğunda

26-09-2025 18:00 46 Baxış
IMG

Azərbaycan bu mövsüm UEFA-nın əmsallar reytinqində ən çox xal qazanan ölkələrin TOP-10-luğundadır.

 

Tvit.az Qol.az-a istinadən xəbər verir ki, 2025/26 mövsümünə Avropa kuboklarına 4 komanda ("Qarabağ", "Sabah"", "Zirə", "Araz Naxçıvan") ilə qatılan ölkəmiz ümumən 4,375 əmsal toplayıb ki, bunun da böyük hissəsi "Qarabağ"ın payına düşür.

 

Bu nəticə ilə Azərbaycan hazırda siyahıda 10-cu pillədədir. İlk 2 yerdə isə müvafiq olaraq Danimarka (6,125 əmsal) və Portuqaliya (6,000) qərarlaşıb.

 

Qeyd edək ki, bir mövsüm ərzində yekunda ən çox əmsal toplayan ilk 2 ölkənin komandası növbəti mövsüm UEFA Çempionlar Liqasında əlavə bir yer qazanır.

 

Xatırladaq ki, son 5 mövsümün nəticəsinə əsasən isə Azərbaycan 21,500 əmsalla 55 milli assosiasiya arasında 25-ci yeri tutur.