Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qərbi Azərbaycanda partlayış olub: Yaralananlar var
dünya

Qərbi Azərbaycanda partlayış olub: Yaralananlar var

25-09-2025 15:00 67 Baxış
IMG

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhər Təhsil İdarəsində qaz partlayışı baş verib. 


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb, onlar tibbi yardım üçün xəstəxanaya yerləşdiriliblər.


Hadisə yerinə iki təcili yardım maşını cəlb olunub, yaralılara ilkin tibbi yardım göstərilib. Rəsmi məlumatda ölənlərin olmadığı bildirilib. 


Elmin Alışov