Qərbi Azərbaycan əyalətinin Urmiya şəhər Təhsil İdarəsində qaz partlayışı baş verib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb, onlar tibbi yardım üçün xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə iki təcili yardım maşını cəlb olunub, yaralılara ilkin tibbi yardım göstərilib. Rəsmi məlumatda ölənlərin olmadığı bildirilib.
Elmin Alışov