Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "İnter" və "Milan" "San-Siro" stadionunu satın almaq üçün razılığa gəliblər
idman

"İnter" və "Milan" "San-Siro" stadionunu satın almaq üçün razılığa gəliblər

16-09-2025 22:00 40 Baxış
IMG

İtaliyanın Milan şəhərinin meri Cüzeppe Sala "İnter" və "Milan" komandalarının ortaq stadionu olan "San Siro"nun satın alınması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

 

Tvit.az bu barədə "Sky Sport Italia" telekanalına istinadla xəbər verir.

 

"Sentyabrın 17-də, hər şey yaxşı olarsa, klublarla faktiki olaraq razılığa gəldiyimizə görə "San Siro"nun satışı ilə bağlı Şəhər Şurasına qərar ilə müraciət edəcəyik" , - deyə o vurğulayıb.

 

Qeyd olunub ki, satınalma baş tutduqdan sonra stadionun təmir olunacaq. Təmir işlərii 2031-ci ilə qədər hazır olmalıdır, belə ki, UEFA "San Siro" hazırkı vəziyyətdə qalarsa, Milanı 2032-ci il Avropa çempionatının oyunlarının keçiriləcəyi potensial şəhər qismində nəzərdən keçirməyəcəyini bəyan edib.