Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Leysan yağacaq, daşqın və sel olacaq - XƏBƏRDARLIQ
sosial

Leysan yağacaq, daşqın və sel olacaq - XƏBƏRDARLIQ

03-11-2024 11:00 49 Baxış
IMG

Milli Hidrometeorologiya Xidməti tərəfindən hava şəraiti ilə bağlı öncədən verilən xəbərdarlığa əsasən noyabrın 3-ü axşamdan başlayaraq 4-ü axşamadək Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgələrində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

"Tvit.az" xəbər verir ki, bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, sözügedən bölgələrin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var.

Xidmət rəsmisinin sözlərinə görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.