Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sahibkarın külli miqdarda pulunu mənimsədi - Ağır cəza aldı
hadisə

Sahibkarın külli miqdarda pulunu mənimsədi - Ağır cəza aldı

10-09-2025 22:00 22 Baxış
IMG

"Binə" ticarət mərkəzində işləyən sahibkarların 1.5 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirən İlqar Abasovun məhkəmə istintaqı yekunlaşıb.

 

Tvit.az-ın Oxu.az-a istinadən məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən şəxs 10 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, cinayət işinin başlanmasına əsas səbəb isə Samir Rəcəb oğlu Azadəliyevin "Binə" ticarət mərkəzində satışını həyata keçirdiyi, Türkiyədən sifariş etdiyi geyim əşyalarının dəyərinin köçürmə yolu ilə ödənilməsi adı ilə 1.5 milyon manat pulunun İlqar Bayramqulu oğlu Abasov və Sudef Əliağa oğlu Nağıyev tərəfindən ələ keçirilməsi barədə 9 avqust 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinə ünvanlandığı müraciəti olub.

 

Məlum olub ki, İlqar Bayramqulu oğlu Abasov etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməkdə təqsirləndirilib.