Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanıldı
hadisə

Çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanıldı

09-09-2025 12:00 42 Baxış
IMG

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Çinarə Astanova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Tvit.az"a verilən məlumata görə, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.