Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman DÇ-2026 seçmə mərhələsi: Türkiyə səfərdən üç xalla qayıdır
idman

DÇ-2026 seçmə mərhələsi: Türkiyə səfərdən üç xalla qayıdır

04-09-2025 22:00 27 Baxış
IMG

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin I turu çərçivəsində Gürcüstan millisi Tbilisidə Türkiyə yığmasını qəbul edib.


Tvit.az-ın xəbərinə görə, E qrupunun qarşılaşması türklərin qələbəsi ilə yekunlaşıb - 2:3.

 

Türkiyə millisi matçda hesabı erkən açıb. Mert Müldür 3-cü dəqiqədə fərqlənib.

 

Kerem Aktürkoğlu 41 və 52-ci dəqiqələrdə dubla imza ataraq hesab arasındakı fərqi üç topa çıxarıb.

 

Ev sahiblərindən Zuriko Davitaşvili 63-cü dəqiqədə komandasının ilk qolunu vurub. Xviça Kvaratsxeliya 90+8-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib.

 

Gürcülərin bundan artığına gücü çatmayıb və matç türklərin qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, Barış Alper Yılmaz 71-ci dəqiqədə qırmızı vərəqə alaraq, Türkiyə millisini azlıqda qoyub.