Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanılıb
hadisə

Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanılıb

02-09-2025 19:00 46 Baxış
IMG

Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülməklə davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətindən Tvit.az-a verilən məlumata görə, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

 

Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.

 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.