Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan velosipedçisi Türkiyədə keçirilən yarışda birinci olub
idman

Azərbaycan velosipedçisi Türkiyədə keçirilən yarışda birinci olub

01-09-2025 19:00 30 Baxış
IMG

Türkiyənin paytaxtı Ankarada keçirilən "GranFondo" Başkənt velosiped yarışında Gənc Peşəkar Velosipedçilər İctimai birliyinin üzvü Natalya Vallek qalib olub.

 

Tvit.az xəbər verir ki, bu nəticə ilə o, Azərbaycan velosiped tarixinə ilk dəfə beynəlxalq "GranFondo" yarışında birinci yeri tutan idmançı kimi düşüb.

 

Təmsilçimiz 91 km məsafəni əhatə edən yarışda 1300 metr yüksəklik qazanmaqla dağlıq yollardan keçərək finişə hamıdan əvvəl çatıb.  O, həmçinin öz yaş kateqoriyasında da 1-ci olub.


Digər idmançılarımızdan Qolamreza Jamfarsadi (+55 yaş kateqroiyası) 6-cı, Vüqar Salahov (40-44 yaş kateqoriyası) isə 12-ci yeri tutub.

 

Qeyd edək ki, 1000-ə yaxın velosipedçinin iştirak etdiyi yarışda Azərbaycan məşqçi Musa Mikayılzadənin rəhbərliyi ilə 3 idmançı ilə təmsil olunub.