Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu olub
idman

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu olub

22-08-2025 20:00 36 Baxış
IMG

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

 

Tvit.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar bəlli olub.

 

60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.

 

Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.


Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.