Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qalatasaray" futbolçusunu İtaliya klubuna icarəyə göndərib
idman

"Qalatasaray" futbolçusunu İtaliya klubuna icarəyə göndərib

21-08-2025 22:00 14 Baxış
IMG

Türkiyə təmsilçisi "Qalatasaray" futbolçusu Viktor Nelssonu İtaliyanın "Verona" klubuna icarəyə göndərib.

 

Tvit.az xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

 

26 yaşlı müdafiəçi 2025/2026 mövsümünün sonuna qədər A Seriyası kollektivinin formasını geyinəcək. Lakin sözləşmədə yer alan bəndə əsasən klub danimarkalı oyunçunu birdəfəlik transfer etmək hüququna da malikdir.

 

Qeyd edək ki, Nelsson ötən mövsümünün ikinci yarısını icarə əsasında "Roma"da (İtaliya) keçirib və orada 5 oyun keçirib.