Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Mançester Siti” futbolçusu ilə müqavilə müddətini uzadacaq
idman

“Mançester Siti” futbolçusu ilə müqavilə müddətini uzadacaq

20-08-2025 21:00 22 Baxış
IMG

İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Riko Luislə müqavilə müddətini uzadacaq.

 

Tvit.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub.

 

Mənbənin məlumatına görə, hazırkı müqaviləsi 2028-ci ilə qədər olan oyunçu "şəhərlilər"dən ayrılmaq istəmədiyini bildirib.

 

Qeyd edək ki, Riko Luis "Mançester Siti"nin yetirməsidir və 2022-ci ildən bu klubda çıxış edir. O, ötən mövsüm 44 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.