Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycanlı futbolçu Albaniya klubuna keçib
idman

Azərbaycanlı futbolçu Albaniya klubuna keçib

19-08-2025 16:00 15 Baxış
IMG

Albaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb.

"Tvit.az" xəbər verir ki, ötən mövsüm "Mingəçevir"də oynayan qapıçı Elməddin Məmmədov Albaniyada çıxış edəcək.

29 yaşlı qolkiper  "Luftetari Gjikastra" klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, E.Məmmədov bunadək “Alqa”(Qırğızıstan), “Tsxinvali”(Gürcüstan), “TC Sports Club”(Maldiv adaları), “Muras Yunayted”(Qırğızıstan), “St. Andryus”(Malta), “Yedinstvo Bihac”(Bosniya və Herseqovina) klublarında oynayıb.