Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Makron Putin və Zelenskiyə bu təklifi etdi
dünya

Makron Putin və Zelenskiyə bu təklifi etdi

19-08-2025 11:00 20 Baxış
IMG

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenskinin Cenevrədə görüşünün keçirilməsini təklif edib.

Tvit.az xəbər verir ki, bu barədə o "TF1" telekanalına müsahibəsində danışıb. 

Makron görüş üçün neytral bir ölkə lazım olduğunu deyib.

"Ola bilsin, İsveçrə – mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa bir ölkə ola bilər. Keçən dəfə ikitərəfli danışıqlar Türkiyədə, İstanbulda aparılmışdı”, – deyə Makron bildirib.

Aysel Şirinova