Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenskinin Cenevrədə görüşünün keçirilməsini təklif edib.
Tvit.az xəbər verir ki, bu barədə o "TF1" telekanalına müsahibəsində danışıb.
Makron görüş üçün neytral bir ölkə lazım olduğunu deyib.
"Ola bilsin, İsveçrə – mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa bir ölkə ola bilər. Keçən dəfə ikitərəfli danışıqlar Türkiyədə, İstanbulda aparılmışdı”, – deyə Makron bildirib.
Aysel Şirinova