Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb
idman

Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb

18-08-2025 22:00 15 Baxış
IMG

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

 

Tvit.az xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.

 

125 kq çəki dərəcəsində çıxış edən Yusuf Dursunov isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.

 

Qeyd edək ki, mundial avqustun 24-də yekunlaşacaq.