Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.
Tvit.az xəbər verir ki, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulublar.
Belə ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 1:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Aytac Tahir qızı Seyidova əkiz oğlan uşaqları dünyaya gətirib.
38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.
Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.