Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
sosial

Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07-10-2026 10:00 14 Просмотров
IMG

"Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək".

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

 

Prezident İlham Əliyev qeyd edib ki, itkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir.

 

"Bu faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların acılarını bölüşmək mənəvi öhdəliyimizdir", - deyə müraciətdə vurğulanıb.