Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Dünya ulduzu Türkiyədə çalışacaq
СПОРТ

Dünya ulduzu Türkiyədə çalışacaq

07-10-2026 15:00 13 Просмотров
IMG

Türkiyənin "Gənclərbirliyi" klubu baş məşqçi postuna Karlos Tevesi gətirməyi düşünür.

 

Tvit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara təmsilçisi Mətin Diyadinlə yolların ayrılmasından sonra yeni baş məşqçi axtarışına başlayıb.

 

Klubun namizədləri arasında 42 yaşlı argentinalı mütəxəssisin də olduğu iddia edilir.

 

Xatırladaq ki, futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Teves "Rosario Sentral", "İndependyente" və son olaraq "Talyeres" komandalarını çalışdırıb.

 

Argentinalı mütəxəssis bu ilin mayında "Talyeres"dən ayrılıb və hazırda işsizdir.