Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ-ın səfirliyi ilə bağlı çağırış etdi
dünya

ABŞ-ın səfirliyi ilə bağlı çağırış etdi

07-10-2026 22:00 15 Просмотров
IMG

ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi ölkədə pilotsuz uçuş aparatları və raket hücumları təhlükəsinin, habelə husilərin hava limanları və ölkənin hava məkanına qarşı açıq təhdidlərinin davam etməsi ilə əlaqədar ABŞ vətəndaşlarını yüksək ayıq-sayıqlıq nümayiş etdirməyə çağırıb.

 

Tvit.az-ın məlumatına görə, bu barədə ABŞ-ın diplomatik nümayəndəliyinin bəyanatında bildirilib.

 

Bəyanatda qeyd olunub ki, təhlükəsizlik riskləri səbəbindən ABŞ hökumətinin əməkdaşlarına Səudiyyə Ərəbistanının Yəmənlə sərhədindən 20 mil məsafə daxilində hərəkət etmək qadağan edilib.

 

ABŞ vətəndaşlarına da Yəmən sərhədinə yaxın ərazilərdən uzaq durmaq tövsiyə olunub.