Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Süni intellektin ruhu olmadığı üçün... - Şeyx
sosial

Süni intellektin ruhu olmadığı üçün... - Şeyx

07-10-2026 11:00 11 Просмотров
IMG

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz.

 

Tvit.az Report-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, süni intellektin insan həyatına sərhədsiz sirayət etməsi yeni imkanlarla yanaşı, yeni problemlər də yaradır:

 

"Bu mövzuda ən mühüm məsələ mənəvi-etik hədlərin gözlənilməsidir. Eləcə də yaranma ehtimalı yüksək olan fəsadların önlənməsidir, xüsusilə süni intellektin ruhu olmadığı üçün insanı ibadət prosesində əvəz etməməlidir. Bu baxımdan, iclasımızda dini sahədə süni intellektdən istifadənin etik kodeksinin təqdimatını yüksək qiymətləndirirəm".

 

A.Paşazadə iqlim dəyişikliyi ilə mübarizədə dinlərin rolu ilə bağlı məsələyə də münasibət bildirib:

 

"Bakıda keçirilən COP29 zamanı dini liderlərin zirvə görüşünün yekun sənədində bu məsələ ətrafında lazımi mövqe ifadə olunub".