İran İsraillə müharibədən zərər çəkən ailələrə yardım göstərilməsi üçün Livandakı Hizbullaha 200 milyon dollar vəsait verib.
Tvit.az-ın məlumatına görə, bu barədə Reuters mənbələrə istinadən xəbər yayıb.
Məlumata əsasən, vəsait ABŞ-ın İrana təzyiqlərinin artmasına və Tehranın Livandakı müttəfiqinə pul köçürməsində yaranan çətinliklərə baxmayaraq, ötən ay Hizbullaha çatdırılıb. Pul köçürməsini həyata keçirən vasitəçilər adi komissiyadan dörd dəfə çox – 20 faiz haqq alıblar.
Hizbullah vəsaiti təxminən 50 min ailəyə yardım üçün yönəltməyi planlaşdırır. İlkin mərhələdə hər ailəyə təxminən 3 min dollar verilməsi nəzərdə tutulur.
Təşkilatın nümayəndəsi müəyyən məbləğdə vəsaitin alındığını təsdiqləyib və yaxın günlərdə onun bölüşdürülməsi planının açıqlanacağını bildirib. Lakin o, vəsaitin mənbəyini açıqlamayıb.
Aysel