Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır
СПОРТ

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

06-10-2026 09:00 13 Просмотров
IMG

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri keçiriləcək.

 

Tvit.az xəbər verir ki, Azərbaycan millisinin üç üzvü bu gün mübarizəyə qoşulacaq.

 

Qadınların -57 kq çəki dərəcəsində Xədicə Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşacaq.

 

Kişilərin -73 kq çəkisində Hidayət Heydərov 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova ilə üz-üzə gələcək.

 

Eyni çəkidə Rəşid Məmmədəliyev mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi Adil Osmanov (Moldova) - Castin Lemir (Kanada) görüşünün qalibi olacaq.

 

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.