Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Financial Times: Əsəd 2 il ərzində Rusiyaya təxminən 250 milyon dollar qaçırıb
dünya

Financial Times: Əsəd 2 il ərzində Rusiyaya təxminən 250 milyon dollar qaçırıb

17-12-2024 09:00 82 Просмотров
IMG

Bəşər Əsəd 2018 və 2019-cu illərdə Rusiyaya qaçaqmalçılıq yolu ilə təxminən 250 milyon dollar nağd pul keçirib.


Tvit.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.


Nəşr 2012-ci ildən sonrakı dövrü araşdırdığı qeydlərə əsaslanaraq yazır ki, Əsədin 2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər 21 fərqli uçuşla sanksiyaya məruz qalan Rusiya banklarına yatırılmaq üçün paytaxt Moskvaya valyuta göndərdiyi bildirilib. 


Elmin Alışov