Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
sosial

AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

09-10-2026 21:00 12 Просмотров
IMG

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur.

 

Tvit.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

 

Məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunda tikinti işləri davam edir. Yolun 2,3 km hissədə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə torpaq işləri və yol əsasının tikintisi aparılır.

 

Həmçinin 9 nöqtədə suötürücü borular quraşdırılır.

 

Layihənin tamamlanması ilə sakinlərin gediş-gəlişi rahatlaşacaq, nəqliyyat əlaqələri və hərəkət təhlükəsizliyi yaxşılaşacaq.