Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelenski ABŞ-ın Rusiya dizel yanacağına tətbiq olunan sanksiyaları yumşaltmasına münasibət bildirib
dünya

Zelenski ABŞ-ın Rusiya dizel yanacağına tətbiq olunan sanksiyaları yumşaltmasına münasibət bildirib

09-10-2026 23:00 10 Просмотров
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya dizel yanacağının satışına icazə verməsini tənqid edib.

 

Zelenski bildirib ki, gərginliyin azaldılması ilə bağlı uzunmüddətli razılaşmalar olmadan sanksiyaların yumşaldılması Rusiyanın müharibəni davam etdirməsinə şərait yarada bilər.

O qeyd edib ki, Kiyev qarşılıqlı addımlar çərçivəsində Rusiya neft emalı zavodlarına hücumları dayandırmağa hazırdır. Bunun müqabilində Moskva Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırmalıdır.

Ukrayna lideri Vaşinqtonu Rusiya ilə danışıqlarda daha sərt mövqe tutmağa və Kiyevə dəstəyi davam etdirməyə çağırıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya mənşəli dizel yanacağının satışı, çatdırılması və idxalına dair əməliyyatlara 2027-ci il aprelin 7-dək icazə verib.