Bəşər Əsəd 2018 və 2019-cu illərdə Rusiyaya qaçaqmalçılıq yolu ilə təxminən 250 milyon dollar nağd pul keçirib.
Tvit.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşr 2012-ci ildən sonrakı dövrü araşdırdığı qeydlərə əsaslanaraq yazır ki, Əsədin 2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər 21 fərqli uçuşla sanksiyaya məruz qalan Rusiya banklarına yatırılmaq üçün paytaxt Moskvaya valyuta göndərdiyi bildirilib.
Elmin Alışov