Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ “Lukoyl”la bağlı bəzi əməliyyatlara icazənin müddətini uzadıb
dünya

ABŞ “Lukoyl”la bağlı bəzi əməliyyatlara icazənin müddətini uzadıb

15-10-2026 22:00 12 Просмотров
IMG

ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Lukoyl” şirkətinin xarici aktivləri ilə bağlı bəzi əməliyyatların aparılmasına icazə verən lisenziyanın müddətini 2027-ci il aprelin 24-dək uzadıb.

 

Bu barədə nazirliyin dərc etdiyi ümumi lisenziyada bildirilib.


Sənədə əsasən, göstərilən tarixədək “Lukoyl”un Rusiyadan kənarda yerləşən obyektlərində mal və xidmətlərin alınması ilə bağlı əməliyyatlara icazə verilir. Əvvəllər lisenziyanın müddəti oktyabrın 29-dək uzadılmışdı. İcazə Rusiyanın neft şirkətinin Qərb yarımkürəsindəki törəmə müəssisələrinə də şamil olunur.
ABŞ Maliyyə Nazirliyi, həmçinin “Lukoyl”un Bolqarıstandakı törəmə şirkətləri ilə bağlı əməliyyatlara 2027-ci il aprelin 24-dək icazə verən ayrıca lisenziya dərc edib. Söhbət Lukoil Neftohim Burgas JSC, Lukoil Bulgaria EOOD, Lukoil Aviation Bulgaria EOOD və Lukoil Bulgaria Bunker EOOD şirkətlərindən gedir.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında ABŞ Maliyyə Nazirliyi “Lukoyl” və “Rosneft” şirkətlərini, eləcə də onların 34 törəmə müəssisəsini yeni sanksiyalar paketinə daxil edib.