Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiyalıların daşınmaz əmlak almaq üçün ən çox üstünlük verdiyi üç ölkə
dünya

Rusiyalıların daşınmaz əmlak almaq üçün ən çox üstünlük verdiyi üç ölkə

15-10-2026 21:00 12 Просмотров
IMG

Gürcüstan rusiyalıların daşınmaz əmlak almaq üçün ən çox üstünlük verdiyi üç ölkədən biri olub.

 

Bu barədə Rusiyanın NF Group konsaltinq şirkəti məlumat yayıb.


2026-cı ilin üçüncü rübünün nəticələrinə görə, siyahıya Birləşmiş Ərəb Əmirlikləri başçılıq edib. Tayland ikinci, Gürcüstan üçüncü, Türkiyə isə dördüncü yerdə qərarlaşıb.


İlin birinci yarısında beşinci yerdə olan Gürcüstan üçüncü rübdə ilk üçlüyə yüksəlib. Şirkətin məlumatına görə, alıcıları əldə etdikləri daşınmaz əmlakda yaşamaqla yanaşı, onu icarəyə verərək gəlir əldə etmək imkanı da maraqlandırır.


Reytinqdəki rüblük dəyişikliklər əsasən ayrı-ayrı əqdlərlə bağlıdır və alıcıların seçimlərində ciddi dəyişiklik olduğunu göstərmir. Buna görə də ilin yekununda Gürcüstanın mövqeyi yenidən dəyişə bilər.