Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Liverpul"un gənc futbolçusu Luis Kumas Stiven Cerrardın göstəricisini təkrarlayıb
СПОРТ

"Liverpul"un gənc futbolçusu Luis Kumas Stiven Cerrardın göstəricisini təkrarlayıb

15-10-2026 17:00 18 Просмотров
IMG

İngiltərənin "Liverpul" klubunun futbolçusu Luis Kumas UEFA Çempionlar Liqasında Stiven Cerrardın 25 illik göstəricisini təkrarlayıb.

 

Tvit.az "Liverpul"un rəsmi saytına istinadən xəbər verir ki, uelsli oyunçu Liqa mərhələsinin II turunda Avstriyada LASK-a 6:3 hesabı ilə qalib gəldikləri oyunda bir qol vurub və bir məhsuldar ötürmə verib.

 

O, Premyer Liqa təmsilçisinin heyətində Çempionlar Liqasının bir qarşılaşmasında həm qol vuran, həm də ötürmə müəllifi olan 21 və ya daha aşağı yaşlı ikinci futbolçu olub.

 

Matçın ilk hissəsində L.Kumas Bredli Barkolaya ötürmə edib. Qarşılaşmanın 72-ci dəqiqəsində isə özü fərqlənərək "Liverpul"un 6-cı qolunu vurub.

 

Qeyd edək ki, buna qədər İngiltərə klubunda analoji nəticəni yalnız S.Cerrard göstərib. O, 2001-ci ilin oktyabrında səfərdə Kiyev "Dinamo"su ilə görüşdə qol və ötürmə müəllifi olub.