Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya NATO Ukraynaya söz verib - AÇIQLAMA
dünya

NATO Ukraynaya söz verib - AÇIQLAMA

06-08-2026 09:00 21 Просмотров
IMG

NATO-nun baş katibi Mark Rutte Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı kömək edəcəyinə söz verib.

 

Tvit.az xəbər verir ki, bu barədə baş katib X hesabında açıqlama yayıb.

 

“Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiyanın Ukrayna şəhərlərinə son dəhşətli raket və pilotsuz təyyarə hücumları barədə danışdım. Hazırda müttəfiqlərimlə Ukraynaya təcili ehtiyac duyduğu hava hücumundan müdafiə sistemlərini necə təmin edə biləcəyimizi müzakirə edirəm”, - deyə o yazıb.

 

Aysel Şirinova