NATO-nun baş katibi Mark Rutte Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı kömək edəcəyinə söz verib.
Tvit.az xəbər verir ki, bu barədə baş katib X hesabında açıqlama yayıb.
“Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiyanın Ukrayna şəhərlərinə son dəhşətli raket və pilotsuz təyyarə hücumları barədə danışdım. Hazırda müttəfiqlərimlə Ukraynaya təcili ehtiyac duyduğu hava hücumundan müdafiə sistemlərini necə təmin edə biləcəyimizi müzakirə edirəm”, - deyə o yazıb.
Aysel Şirinova