Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Fransa parlamentində Ukraynaya hərbçi göndərilməsi ilə bağlı qalmaqal yaşanıb
dünya

Fransa parlamentində Ukraynaya hərbçi göndərilməsi ilə bağlı qalmaqal yaşanıb

19-11-2026 21:00 12 Просмотров
IMG

Fransalı senator parlamentin Xarici İşlər və Müdafiə Komissiyasının üzvü Alen Uper hökumətdən Ukraynaya əsgər göndərilməsinin əsasını açıqlamağı tələb edib.

 

Bu barədə senator özü “X” sosial şəbəkəsində paylaşım edib.

 

O, Ukraynaya fransız hərbçilərinin göndərilməsi ilə bağlı müdafiə naziri Katrin Votrenə müraciət edərək izahat tələb edib.

 

Hökumət fransız hərbçilərinin Ukraynada olduğunu təsdiqləsə də, birtərəfli qaydada Konstitusiyanın bu məsələyə şamil olunmadığını qərara alır.

Senator müdafiə nazirinə yazılı sorğu ünvanlayaraq hərbçilərin Ukraynaya göndərilməsinin hansı hüquqi əsasla həyata keçirildiyini soruşub.

Alen Uper vurğulayıb ki, Fransa hərbçilərinin xarici ölkələrə göndərilməsi məsələsi icra hakimiyyətinin səlahiyyətlərinə aid deyil.