Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ÜST rəhbəri Ebola epidemiyası fonunda Konqoya yollanıb
dünya

ÜST rəhbəri Ebola epidemiyası fonunda Konqoya yollanıb

28-05-2026 14:00 42 Просмотров
IMG

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Ebola epidemiyasının sürətlə yayılması fonunda Konqo Demokratik Respublikasına yollanıb.

 

Tvit.az xəbər verir ki, ÜST rəhbəri bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

"16 dəfə bu ölkə Ebolaya qalib gəlib. 17-ci dəfə istisna olmayacaq. Lakin biz indi və birlikdə hərəkət etməliyik", - Qebreyesus deyib.

 

Konqoda və qonşu Uqandada "Bundibugyo" ştammının törətdiyi genişmiqyaslı Ebola epidemiyası yayılır. ÜST-ün məlumatına görə, təxminən 900 ehtimal olunan xəstəlik halı və 220-dən çox ölüm hadisəsi qeydə alınıb.